Eks-prezident Paşinyanı gözləyən təhlükəni qabartdı: "O, bundan sonra parlamentə eyni metodla təsir edə bilərmi?"

img

10-05-2018 [16:04]


"Ermənistanın Respublika Partiyası parlamentdəki üstünlüyü sayəsində hökumətin bütün qanunvericilik təşəbbüslərini yox edə bilər".

Bunu Ermənistanın eks-prezidenti Levon Ter Petrosyan deyib. 

Onun sözlərinə görə, respublikaçıların nümayəndələri son çıxışlarında bu istəklərini gizlətmirlər:

"Son zamanlar çoxları parlamentlə hökumət arasındakı münasibətlərdə yaranan qeyri-adi situasiyaya siyasi xarakter verməyə cəhd edir. Parlamentdəki çoxluq özünü müxalifət elan edib, hökumətə isə azlıq kimi yanaşılır. Buna Paşinyanın yeni hökuməti necə müqavimət göstərə bilər? İndiyə qədər Paşinyan parlamentə öz iradəsini aksiyaların yardımı ilə yeridə bilib. 

Bu beynəlxalq ictimaiyyət tərəfindən demokratik görüntü olaraq qəbul edilib. O, bundan sonra parlamentə eyni metodla təsir edə bilərmi? Aydındır ki, yox. Ona görə də bu resurs artıq yox olub. Parlamenti öz iradənə xalq hərəkatının lideri kimi tabe etdirmək başqa məsələ, baş nazir qismində buna cəhd etmək tamam ayrı məsələdir. 

Belə olan halda Paşinyanın yol verəcəyi bu addımları dünya ictimaiyyəti qəbul etməyəcək. Çoxları anlayır ki, yaranmış situasiyadan yeganə çıxış yolu növbədənkənar seçkinin keçirilməsidir. Bu isə Seçki Məcəlləsində köklü dəyişikliklərdən sonra baş tutmalıdır”.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA