Tramp Kim Çen Inlə görüşün yeri və vaxtının təyin olunduğunu açıqladı: "Bu barədə razılığa gəlmişik"

img

08-05-2018 [23:45]


ABŞ və Şimali Koreya prezidentləri Donald Tramp və Kim Çen In arasında görüşün yeri və vaxtı təyin olunub.

"Reuters"ə istinadən xəbər verir ki, bunu Amerika lideri Donald Tramp çıxışı zamanı deyib.

"Bizim görüşümüz cədvələ daxil edilib. Biz görüş barədə razılığa gəlmişik. Yer müəyyən edilib. Vaxt, tarix, hamısı təyin olunub", - deyə o bildirib və bu barədə əlavə məlumat verməyib.

Dövlət başçısı həmçinin qeyd edib ki, görüşün detallarının razılaşdırılması məqsədi ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo Şimali Koreyaya göndərilib və o, tezliklə Pxenyanda olmalıdır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA