Rusiya İranı müdafiə etdi: "Tramp sazişdən çıxma qərarı versə, cox ciddi vəziyyətlə qarşı-qarşıya qala bilərik"

img

08-05-2018 [22:15]


ABŞ 2015-ci ildə imzalanan P5+1 razılaşmasından imtina edərsə, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı qərarlar verəcək.

Bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

"Çox ciddi vəziyyətlə qarşı-qarşıya qala bilərik. Məsələ Moskva ilə müzakirə ediləcək və Putin bundan sonra qərarını elan edəcək. Dövlət başçısının Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) ilə bağlı mövqeyini bilirsiniz”, - deyə sözçü bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu gün Bakı vaxtı ilə 22:00-da HBFP ilə bağlı qərarını elan edəcək/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA