Tramp Putini təbrik etdi: "Rusiya ilə yaxşı münasibətlərin qurulacağı vaxt gələcək“

img

07-05-2018 [23:59]


ABŞ prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putini vəzifəsinin icrasına başlaması münasibəti ilə təbrik edib, iki ölkə arasındakı əlaqələrin yaxşılaşdırılmasına ümid etdiyini bildirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin sözçüsü Sara Sanders bəyan edib.

 "Prezident Tramp Putini təbrik edir və iki ölkə arasındakı əlaqələrin yaxşılaşdırılmasına ümid edir. Ümid edirik ki, Rusiya ilə yaxşı münasibətlərin qurulacağı vaxt gələcək",- deyə S.Sanders bildirib.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA