Pakistanın daxili işlər nazirinə sui-qəsd oldu - Nazir güllə yarası aldı

img

06-05-2018 [19:49]


Pakistanın daxili işlər naziri Əhsan İqbal Naroval şəhərində (Pəncab əyaləti) sui-qəsd nəticəsində güllə yarası alıb. 

Bu barədə Geo TV telekanalı məlumat yayıb. Məlumata görə, hadisə mitinq zamanı baş verib. 

DİN rəhbəri öz avtomobilində olan zaman 20-22 yaşlı gənc oğlan tapançadan ona atəş açıb. 

Telekanal xəbər verir ki, güllə onun sağ çiyninə dəyib, nazir təcili xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti sabitdir və həyatı üçün təhlükə yoxdur. Adı açıqlanmayan gənc saxlanılıb. Hadisənin motivləri barədə məlumat yoxdur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA