"Rusiya ilə viza rejimi, qismən olsa belə, ləğv ediləcək" - Türkiyə XİN

img

06-05-2018 [16:40]


 Ankara cari ilin sonuna qədər Rusiya ilə viza rejiminin ləğv ediləcəyini və ya yüngülləşdiriləcəyini gözləyir.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Turk" telekanalına müsahibəsində deyib.

Rusiya Türkiyə vətəndaşları üçün viza rejimini 2015-ci ilin noyabrında iki ölkə arasında münasibətlərin soyuması fonunda tətbiq edib.

"Düşünürəm ki, Rusiya ilə viza rejimi, qismən olsa belə, ləğv ediləcək. Ola bilsin ki, ilin sonunadək iki ölkə prezidenti telefon söhbəti zamanı və ya ilk görüşdəcə deyəcəklər: "Gəlin nəhayət ki, vizanı ləğv edək", — deyə Çavuşoğlu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA