Rəsmi Ankaradan ABŞ-a sərt mesaj: "Əgər "F-35" qırıcılarının tədarükü dayandırılarsa, o zaman..."

img

06-05-2018 [12:55]


"Vaşinqtonun Ankaraya "F-35" qırıcılarının tədarükünü ləğv etməsi bizim üçün qəbuledilməzdir, əgər bu təyyarələrin Türkiyəyə göndərilməsi dayandırılarsa, o zaman biz də ABŞ-a qarşı cavab tədbirləri görəcəyik".

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu sözləri "CNN Turk" telekanalına xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Xatırladaq ki, bəzi senatorlar F-35-lərin Türkiyəyə təhvil verilməsini əngəlləmək üçün layihə hazırlayıblar. Senatorların belə bir layihəni konqresə verməsinin səbəbi isə ABŞ vətəndaşı olan rahip Andrey Kraiq Brunsonun Türkiyədə həbsdə olması göstərilir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA