"Bizim planlarımız var, biz müqavimət göstərəcəyik" - Ruhanidən Trampın qərarına reaksiya

img

06-05-2018 [12:04]


İran prezidenti Həsən Ruhani bildirib ki, ölkə hökuməti Amerika lideri Donald Trampın Tehranın nüvə proqramı üzrə sazişlə bağlı istənilən qərarına hazırdır.

 "Növbəti həftə bizim həyatımıza heç bir dəyişiklik gətirməyəcək. Trampın hansı qərar qəbul etməsindən asılı olmayaraq, bizim planlarımız var, biz müqavimət göstərəcəyik", - deyə Ruhani Sebzevar şəhərində ölkə sakinləri qarşısında çıxışı zamanı bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 12-nə qədər Böyük Britaniya, Almaniya və Fransa ilə müzakirələrin yekunu üzrə Amerikanın İranın nüvə proqramı üzrə sövdələşmədən çıxıb-çıxmayacağına qərar verəcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA