"Ölkədəki bütün maşınlar ağ rənglənsin!" - Prezidentin bu tapşırığı ölkədə ajiotaj yaradıb

img

05-05-2018 [11:37]


Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmədov ölkədə olan müxtəlif rəngli maşınların sürülməsinə qadağa qoyub.

Mia.az xarici mətbuata istinadən bildirir ki, prezidentin özü ağ rəngi sevdiyi üçün ölkəboyu bütün maşınların ağ rənglənməsi tapşırığını verib: "Bu qərar əvvəl, daha dəqiqi, yanvar ayından paytaxt Aşqabadda tətbiq olunurdu. İndisə Prezidentin qərarına görə, mayın 25-dək ölkədəki bütün maşınlar ağ rənglənməlidir. Qərar məcburi olduğundan sürücülər maşınlarını ağ rənglə boyanmasına başlayıblar".

Məlumata görə, ağ rəng boyasına tələbat həddən artıq çoxaldığından həm qiymətlər qalxıb, həm də ölkədə boya qıtlığı yaranıb: "Yaranan qıtlıq səbəbindən hazırda bir maşının boyanma qiyməti 5 min 143 dollar civarındadır. Çin boyalarından istifadə edildikdə isə qiymət bir qədər aşağı olur".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA