Lənkəranda qətl hadisəsi; bir nəfəri öldürüb, birini yaralayıblar

img

11-10-2010 [10:50]


Azərbaycanın Lənkəran rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ayın 11-i gecə saat 04 radələrində rayonun Liman şəhərində qeydə alınıb. Rayon sakinləri 29 yaşlı Anar Rahim oğlu Həbibov və 21 yaşlı Kamran Kamil oğlu Səlimov naməlum şəxs tərəfindən bıçaqlanıblar. Hər iki şəxs rayon xəstəxanasına çatdırılıb. K. Səlimovun həyatını xilas etmək mümkün olsa da, A.Həbibov xəstəxanada keçinib. Hadisəni törədən şəxs hadisə yerindən qaçsa da polis onun kimliyini müəyyənləşdirə bilib. Bu, Kamal Xudu oğlu Eyvazovdur. Prokurorluqdan verilən məlumata görə, o, əvvəllər məhkumluq həyatı yaşayıb. Hazırda K. Eyvazovun tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. İlkin ehtimala görə, hadisə şəxsi mübahişə zəminində olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA