?Azəralüminium?un 8 izçisi tutuldu

img

08-10-2010 [12:48]


Sumqayıt şəhərindəki "Azəralüminium" ASC-nin istehsalat sahəsindən mis endirmələri oğurlamaqda şübhəli bilinən şəxslər tutulub. DİN mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da "Azəralüminium" ASC-nin istehsalat sahəsindən çəkisi 5.375 kiloqram olan 215 ədəd mis endirmələri kəsib oğurlamaqda şübhəli bilinən həmin ASC-nin işçiləri Namiz İbadov, Emil Nadirov, Murad Muradov, Elgün Vəliyev, Camal Harunov, Ədalət Həsənov, Aydın Əliyev, Çingiz Qafarov və mis endirimlərini onlardan almış Sumqayıt şəhər sakini Mahir Məmmədov tutulublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA