19-04-2018 [20:51]
"Son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə aparılıb. Silahlı Qüvvələrimiz üçün ən müasir silahlar alınıb və alınır”.
Bunu prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışında ordu quruculuğu ilə bağlı fikirlərinə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Ş. Ramaldanov bildirib ki, Azərbaycan ordusunun şanlı qələbəsi olan aprel döyüşlərində müasir silahların bir qismindən istifadə edilib və bu silahların tətbiqi qarşı tərəfdə böyük təşvişə səbəb olub: "Silahlı Qüvvələrimiz üçün alınan müasir silahlardan keçirilən hərbi təlimlərdə istifadə edilir və bununla bağlı videomateriallar təqdim olunur. Naxçıvanda keçirilən paradda da bu silahların bir qismi nümayiş etdirilib. Bu, düşməni müəyyən qorxu içərisində saxlayır. Ermənistan cəmiyyəti anlayır ki, Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın işğalçılardan təmizlənməsi barədə əmr verəcəyi halda, işğalçı Ermənistan ordusu Silahlı Qüvvələrimizin qarşısında dura bilməyəcək”.
Hərbi ekspert Azərbaycan Silahlı Qüvvələrin qüdrətinin ölkənin iqtisadi potensialı, inkişafı, kadr təminatı və vətənpərvərlik ruhu ilə bağlı olduğunu qeyd edib: "Bu gün Azərbycan Silahlı Qüvvələri böyük və peşəkar kadr potensialına malikdir. Naxçıvanski adına hərbi liseyi, Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Hərbi Akademiyası bu kadr potensialını formalaşdırır. Hərbi məktəblərdə müasir tədris proqramlarından istifadə edilir. Azərbaycan Silahlı Qüvvələri böyük – 25 min şəxsi heyət və çoxsaylı hərbi texnikanın iştirakı ilə hərbi təlimlər keçirir. Bu, işğalçı dövləti qorxuya salır və beynəlxalq təşkilatlara müraciət etməyə vadar edir”.
Hərbçilərimizin NATO-nün sülhyaratma əməliyyatlarında, müxtəlif ölkələrdə keçirilən təlimlərdə, yarışlarda iştirakından söz açan hərbi ekspert bir məqama diqqət çəkir: "NATO rəhbərliyi demək olar ki, hər il sülhməramlı missiyadakı Azərbaycan hərbçilərinin sayının artırılmasını xahiş edir. Bu da sülhməramlı missiyadakı hərbçilərimizin yüksək peşəkarlıqla xidmət etməsinin nəticəsidir. Digər tərəfdən, yüksək döyüş qabiliyyətinə malik vətənpərvər ordumuzun formalaşmasında xalq amilini qeyd etmək lazımdır. Elə bir ailə yoxdur ki, Qarabağın azad edilməsinin əsas məqsəd olduğunu söyləməsin. Bu mühitdə vətənpərvər ruhda böyüyən gənclərimiz orduda hərbi xidmətə başlayan zaman deyirlər ki, arzuları Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmək və Qarabağı azad etməkdir. Gənclərimizin vətənpərvərlik ruhunun artırılması Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət mərkəzindədir”.
Ş. Ramaldanov son statistik məlumatlara əsasən Azərbaycan ordusunun dünyada 134 ölkə arasında 53-cü yerdə olduğunu diqqətə çatdırıb: "Bu qiymətləndirmə 50 amilə görə aparılır. Azərbaycan Silahlı Qüvvələri ildən-ilə pilə-pillə irəliləməkdədir. Bütün bunlar ilk növbədə Ali Baş Komandanın orduya diqqət və qayğısının nəticəsidir. Müqayisə üçün deyim ki, Ermənistan ordusu hazırda bu statistik göstəricilərə əsasən 83-cü yerdədir”.
Hərbi ekspert müdafiə naziri başda olmaqla, Müdafiə Nazirliyinin rəhbərliyinin mütəmadi hərbi hissələrdə olduğunu, vəziyyəti yerində öyrəndiyini və lazımi tədbirlər gördüyünü xatırladıb: "Silahlı Qüvvələrimiz üçün yeni şəhərciklər salınır, əsgərlərə yüksək şərait yaradılıb. Silahlı Qüvvələrdə "Açıq qapı” günləri keçirilir, valideynlər övladlarının necə şəraitdə xidmət etdiklərini görürlər. Valideynlər bunu yüksək qiymətləndirir, belə şəraitin heç evdə olmadığını bildirirlər. Eyni zamanda, Azərbaycan prezidenti, Ali Baş Komandan hərbçilərin sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır, hər il hərbçilərin maaşları artırılır, onlara evlər verilir. Belə bir diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrin hər bir nümayəndəsi cəbhə bölgəsində, təmas xəttində qəhrəmanlıqla döyüşməyə, torpaqlarımızın işğalçılardan azad edilməsinə hər an hazırdırlar. Bu gün Silahlı Qüvvələrimiz xalqımızın, dövlətimizin qürur mənbəyidir. Ali Baş Komandan çıxışlarında bəyan edib ki, Ermənistan və Azərbaycanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri qısa zamanda işğalçı qüvvələri darmadağın edib, torpaqlarımıza azad etməyə qadirdir. Əgər torpaqlarımız sülh, danışıqlar yolu ilə azad edilməsə, inşallah, zaman gələcək, Silahlı Qüvvələrimiz öz sözünü deyəcək, işğalçı qüvvələri darmadağın edərək torpaqlarımızı azad edəcək. Bu məsələdə üçüncü dövlətlərin marağı hiss olunur. Azərbaycan dövlətinin də üçüncü dövlətlərlə bağlı riskləri minimuma endirib, zamanı çatanda torpaqlarımızı azad etməkdir. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq və biz öz torpaqlarımızı azad edəcəyik ”.
APA
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
Xamenei: "ABŞ-ın hücumu tammiqyaslı regional münaqişəyə çevriləcək"
Sayğacda göstərici başqa, borc başqa... - Sakinə 495 manat artıq qazpulu yüklənib + VİDEO
Ağsuda ağır yol qəzası: dörd nəfər xəsarət alıb
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (VİDEO, FOTO) - Yenilənib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident İlham Əliyev Pezeşkiana zəng etdi: "Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır"
İranın iki bölgəsində güclü partlayış: 5 nəfər həlak olub - Generala sui-qəsd edlib?
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?
Türkiyədə daha bir məşhur aparıcı saxlanılıb - Narkotik ittihamı ilə
“Karvan-Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? - Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır” (VİDEO)
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"