AŞPA Ermənistanı Milli Qəhrəman Mübariz ibrahimovun meyitini qaytarmağa çağırdı

img

07-10-2010 [11:14]


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının üçüncü iş günündə Ermənistanı Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyitlərini qaytarmağa çağıran bəyanat qəbul edilib. AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı və yazılı bəyannamə şəklində tərtib olunmuş "Azərbaycan hərbçiərinin cəsədlərinin ölkələrinə qaytarılmasının vacibliyi" adlı bu sənəd ingilis, fransız dillərində nəşr edilərək Avropa Şurasında yayılıb. Sənədi AŞ -yə üzv olan müxtəlif ölkələrin millət vəkilləri imzalayıb. AŞ PA-nın qəbul etdiyi yazılı bəyannamədə bildirilir ki, 18 iyun 2010-cu il tarixində Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri Azərbaycan bölgələrindəkiı mövqelərindən atəşkəs rejimini pozaraq Azərbaycan mövqelərinə hücumunun qarşısı alınarkən Azərbaycan ordusunun giziri Mübariz İbrahimov Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilib. Ermənistan tərəfi Mübariz İbrahimovun cəsədinin Azərbaycana qaytarmaqdan imtina edib, bir neçə gün sonra isə onun cəsədinin şəkillərini internet səhifələrində yerləşdiriblər. Həmin hadisədən bu günə qədər Ermənistan hökuməti Azərbaycan dövlətinin, Qızıl Xaç Cəmiyyətinin səylərinə baxmayaraq Mübariz İbrahimovun cəsədin geri qaytarmaqdan imtina edirlər. Yazılı bəyannamədə Azərbaycan ordusunun digər bir şəhidi Fərid Əhmədovun adı da vurğulanır. "4 sentyabr 2010-cu il tarixində Ermənistan Silahlı Qüvvələrinin işğal ?tdikləri Azərbaycan bölgələrində qurduqları mövqelərindən atəşkəs rejimini pozaraq Azərbaycanın mövqelərinə hücumunun qarşısını alarkən Azərbaycan ordusunun zabiti Fərid Əhmədov Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilib. Ermənistan dövləti onun da cəsədini bu güə qədər Azərbaycana qaytarmaqdan imtina edir". Sənəddə o da vurğulanır ki, Ermənistan tərəfi gizir Mübariz İbrahimovun və zabit Fərid Əhmədovun cəsədlərinin onlarda olması faktını BQXK-nin rəsmilərinin regiona səfəri zamanı təsdiqləyib. Yazılı bəyananmədə bu cür halların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesinə mənfi təsiri göstərdiyi qeyd olunur. "Bu cür halların beynəlxalq konvensiyalara, beynəlxalq hüquq normalarına qidd olduğunu, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində davamedən çox həssas danışıqlar prosesinə mənfi təsir göstərməsini vurğulamaqla, AŞ PA Ermənsitanı Azərbayan ordusunun giziri Mübariz İbrahimovun və zabit Fərid Əhmədovun cəsədlərini ölkəsinə qaytarmağa çağırır". AŞ PA-nın qəbul etdiyi bu yazılı bəyannamə qurumun iclasında sədr tərəfindən deputatlara elan olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA