Tərtərdəki hadisə ilə bağlı axtarızda olan zəxs həbs edilib

img

06-10-2010 [03:42]


Tərtərdə 6 iyul hadisəsi ilə bağlı axtarışda olan Ağdamıın Şotlanlı kənd sakini, 1965-ci il təvəllüdlü Ədalət Atayev həbs edilib. AzadlıqRadiosuna Tərtər rayon polisindən bildiriblər ki, Ə.Atayev oktyabrın 6-da şotlanlıların müvəqqəti məskunlaşdığı qəsəbədə yaxalanıb. Bu il, iyulun 6-da Tərtərdə yerli sakinlərlə məcburi köçkünlər - Ağdamın bu rayonun ərazisində müvəqqəti məskunlaşmış Şotlanlı kənd camaatı arasında kütləvi qarşıdurma baş verib. Hadisə nəticəsində Tərtərdə bəzi ticarət obyektləri dağıdılıb, hər iki tərəfdən ağır bədən xəsarətləri ilə xəstəxanaya düşənlər olub. Həmin vaxt növbəti qarşıdurmadan sığortalanmaq üçün rayonda və şotlanlıların məskunlaşdığı ərazidə polis postları yaradılmışdı. İyulun 9-dan indiyədək bu hadisə ilə bağlı ümumilikdə 10-a yaxın Tərtər sakini və şotlanlının həbs edildiyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA