Rail Rzayevin qətli ilə bağlı xarici ekspertlər dəvət olunub

img

01-10-2010 [01:07]


Azərbaycan Müdafiə Nazirliyinin (MN) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən xüsusi istintaq işləri davam etdirilir. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Zakir Garalov deyib. O, bildirib ki, R. Rzayevin qətli ilə bağlı həftədə bir dəfə baş prokurorun müavini Rüstəm Usubovun rəhbərliyi altında toplantı keçirilir və istintaqın gedişi müzakirə obyekti olur. İşlə bağlı xarici ekspertlərin də Azərbaycana dəvət olunduğunu bildirən prokuror sözlərini belə tamamlayıb: ?Onların da köməkliyi ilə bütün variantlardan istifadə edərək cinayətin üstünü tezliklə açmağa çalışırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA