Əfzar Süleymani Şəmsiyyə Bəylərqızı ilə məsələni həll etmək üçün Azərbaycana gəlib

img

30-09-2010 [12:11]


İran İslam Respublikasının Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani Bakıya gəlib. Bu barədə ?Qafqazinfo?ya açıqlamasında Süleymani özü məlumat verib. Sabiq səfir deyib ki, Azərbaycana səfərinin məqsədi Şəmsiyyə Bəylərqızının əməlləri ilə bağlı qanun çərçivəsində ölçü götürülüb-götürülməməsi ilə maraqlanmaqdır. Onun sözlərinə görə, Ş.Bəylərqızı Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində borclu olduğu 400 min ABŞ dolları məbləğində pulu 2009-cu ilin mayın sonuna kimi qaytaracağı haqda iltizam versə də, bu günə kimi həmin vəsaitdən bir qəpik belə ödəməyib, əvəzində şantajla məşğul olub: ?Mən bu müddətdə bəzi problemlər üzündən Bakıya gələ bilmirdim. Artıq mən Bakıdayam və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb, məsələnin həll edilməsini xahiş etmişəm. Onlar da sağ olsunlar ki, işin ciddi şəkildə araşdırılması ilə bağlı göstəriş veriblər. Hazırda iş gedir və artıq Şəmsiyyə Bəylərqızı Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində dindirilir? . Ə. Süleymani deyib ki, Ş. Bəylərqızı ona qarşı yeni qarayaxma kampaniyasına başlayıb: ?O, indi də mənin hansısa telekanalda iki il əvvəl etdiyim çıxışı təxribat materialı kimi cəmiyyətə təqdim edir. Əslində isə o, özü Azərbaycanın əleyhinə olan adamdır və dəfələrlə bu barədə özü danışıb. Mənim isə Azərbaycanı necə sevdiyimi bu ölkənin prezidenti İlham Əliyev başda olmaqla, çox insanlar bilir? . Ə. Süleymanı bildirib ki, o, həmçinin Ş. Bəylərqızı ilə daha bir mübahisəsi üzrə keçirilən məhkəmənin çıxardığı qərardan apelyasiya şikayəti verib: ?Məhkəmə mənim iştirakım olmadan qərar verib ki, guya onun uşağının atası mənəm. Bu isə saxta sənədlər əsasında çıxarılan hökmdür. Mən bu məsələdə də haqlı olduğumu sübut edəcəyəm. Əlavə edirəm ki, bu qadının 20-dən artıq cinayət işi ilə bağlı saxta sənədini ortaya çıxarmışam. Mən bu sənədlərin ekspertiza olunmasını istəyirəm və onları artıq aidiyyatı üzrə təqdim etmişəm. Bu sənədlər həm uşaq, həm də saxta ticarətlə bağlıdır? .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA