107 saylı dairədən xanım namizəd Prezidentə şikayət etdi: "Onlara seçkiyə müdaxilə gücünü kim verib?" - FOTOLAR

"Hospitaldayam" - İqbal Ağazadə ilə Rauf Arifoğlunun bir-birini təhdid etdiyi dairədə nə baş verir?

Ərdoğan zəlzələdə ölən ana və uşağın cənazəsini çiyinində daşıdı: "Heç kəsin diqqətdən kənarda qalmayacaq"

PARTİYA DEPUTATLA BAĞLI MSK-ya ŞİKAYƏT ETDİ - İcra başçısının müavini niyə görüşlərə qatılır? + FOTOLAR

Etibar Pirverdiyevin Tbilisidə də şərikli şirkəti varmış... - "Azərenerji"nin sabiq rəhbəri haqda yeni məlumatlar yayıldı + Sənədlər

"Bu yaşda insan mübarizə aparmaz, iddiada olmaz, yol kəsməz" - Prezident təqaüdçüsündən yazıçı Anara sərt etiraz

Prezident İlham Əliyev Türkiyədə zəlzələ zonasında oxuyan azərbaycanlı tələbələrlə bağlı tapşırıq verdi

YAP-ın seçki qərarına məhəl qoymayanlar partiyadan qovulacaq - Seçkidə ikitirəlik yaradan namizədlərə mesaj verildi

YAP-ın RƏSMİ QƏRARINI POZAN HEYDƏROVUN KÖMƏKÇİSİ, YAXUD SƏDAQƏT VƏLİYEVANIN MÜAVİNİ... - Partiya ona sərt üzünü göstərəcəkmi?

İki xəstə vəfat etdi, 5 nəfər reanimasiyaya köçürüldü... - Sabirabad Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? + Açıqlamalar

"Xəbər məni son dərəcə sarsıtdı..." - İlham Əliyev Ərdoğana məktub göndərdi

PARLAMENT SEÇKİLƏRİ: deputatlığa iddialıların sayı açıqlandı - 100-ə yaxın namizəd geri çəkilib

“Deyir səni hər yerdə biabır edəcəm” - Əməkdar artisti ərinin keçmiş xanımı şantaj edir

img

28-03-2018 [15:13]


Əməkdar artist Naibə Allahverdiyeva həyat yoldaşının keçmiş xanımı haqda danışıb.

Mia.az xəbər verir ki, "APA TV”-nin "Show time” verilişinə qonaq olan N.Allahverdiyeva bildirib ki, həyat yoldaşının keçmiş xanımı onu şərləyib:

"Məndən şikayətçi deyil. Sadəcə, o, böhtan xarakterli bir yazını mənim ünvanıma yazdırdı. O bilirdi ki, mən tanınmış bir fiquram. Bunun vasitəsi ilə mənə təsir etmək istəyirdi. Burda söhbət əmlak məsələsindən gedir. Bu insan mənim qayınatama məxsus bir əmlaka sahib çıxmaq istəyir. Qanunla onun buna ixtiyarı yoxdur. Çünki o, 2013-cü ildə mənim yoldaşımdan boşanıb. Bunun isə mənə heç bir addiyyəti yoxdur. Bu, onların keçmiş həyatı olub. Bu gün mən bura nikah şəhadətnaməsi ilə gəlmişəm. O, saytlara açıqlama verib ki, guya mən onun ailəsini dağıtmışam. Amma onun özü mənim yoldaşımdan boşanıb. Yəni o boşanmadan yoldaşımın xəbəri olmayıb. Mən yoldaşımla 2016-cı ildə Siyəzəndə restoranların birində tanış olmuşam, ailə qurmuşuq. Düz 2 ildən sonra bu mövzuları mətbuata çıxartmaq düzgün deyil. Hətta açıqlama verib ki, həyat yoldaşım onu döyürmüş. Əgər yoldaşım pisdirsə, canını qurtarıb. Bəs məndən nə istəyir? Onun bir məqsədi var, istəyir ki, mənə təsir eləsin və qayınatamın evini ələ keçirsin. Qayınatamın da bir evi var, 2 dənə də yetim uşaq saxlayır. Bütün övladları da həmin evdə qeydiyyatdadır. İndi də həmin ev plana düşüb, şirkət tərəfindən sökülüb. Şirkət də müqaviləni həyat yoldaşımın keçmiş xanımı ilə bağlayıb. Bu da qanun pozuntusudur. Özü də mənə deyir ki, mən qayınatama deyim ki, evi bunlara versin, yoxsa məni biabır edəcək. Bir sözlə məni şantaj edir. Deyir ki, qayınatanı yola gətirməsən, səni hər yerdə biabır edəcəm”.

Qeyd edək ki, N.Allahverdiyeva Yusif İsmayılov adlı şəxslə ailəlidir. Əməkdar artistin ailə qurduğu şəxsin keçmiş xanımı Nərgiz Əliyeva mətbuata açıqlama verərək bildirmişdi ki, N.Allahverdiyeva onun ailəsini dağıdıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR