?Borçalı? Kommersiya Bankının keçmiz baz mühasibi həbs olunub

img

29-09-2010 [12:49]


?Borçalı? Kommersiya Bankının keçmiş baş mühasibi həbs olunub. Vergilər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bankının keçmiş baş mühasibi Namazov İlham İbrahim oğlu ölkə hüdudlarından kənarda həbs olunaraq ölkəmizə gətirilib. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində aparılan araşdırma zamanı toplanmış materiallar əsasında onun rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol vermiş, etibardan sui-istifadə, aldatma və talama yolu ilə külli miqdarda özgənin əmlakını ələ keçirərək mənimsəməsi məlum olub. 7 fevral 2005-ci ildə onun barəsində AR CM-nin 178.2.2, 178.2.3, 178.3.2, 179.2.1, 179.2.3, 179.3.2 və 313.-cü maddələri ilə cinayət işi başlanılıb. Araşdırma zamanı İ.İ.Namazovun 2005-ci ildə istintaqdan gizlənmək məqsədilə respublika hüdudlarını tərk etdiyi müəyyənləşdirilib və barəsində dövlətlərarası axtarış elan olunub. Azərbaycan Respublikası və Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Namazov Saratov vilayətində həbs olunaraq Azərbaycana ekstradisiya edilib və istintaqa təhvil verilib. Hazırda cinayət işi üzrə ibtidai araşdırma davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA