Moskva hökuməti istefaya göndərildi

img

29-09-2010 [12:27]


Bu gün Moskva hökuməti bütünlüklə istefaya göndərilib. ?İnterfaks?ın yaydığı xəbərə görə, bu barədə Moskva meri vəzifələrinin müvəqqəti icraçısı Vladimir Resinə yaxın dairələrdəki mənbədən məlumat verilib. Verilən məlumatlara görə, ?Moskva hökuməti haqqında? şəhər qanununa görə, Rusiya prezidentinin paytaxt merinin vəzifəsindən azad edilməsinə dair qərarı, sərəncamın imzalandığı günün səhəri paytaxt hökuməti istefaya göndərilməlidir. Rusiya prezidentinin Yuri Lujkovun vəzifəsindən uzaqlaşdırılması barədə sərəncamı çərşənbə axşamı saat 8:00-da dərc edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA