Cəzaçəkmə müəssisələrində ölüm hallarının sayı 30 dəfə azalıb

img

28-09-2010 [12:48]


Ədliyyə Nazirliyində son illər prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə, ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan genişmiqyaslı islahatlar müzakirə olunub. Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə quruluşunun təkmilləşdirilməsi, hakimlərin sayının artırılması, məhkəmələrin yeni yurisdiksiyası ilə əlaqədar nazirlik tərəfindən görülən işlər barədə məlumatlar dinlənilib, yeni yaradılan məhkəmələrin növbəti ildən fəaliyyətini təmin etmək üçün əlavə tədbirlər müəyyən edilib. Eyni zamanda, penitensiar sahədə qanunvericiliyin təkmilləşdirilməsi, məhkumların hüquqlarının xeyli genişləndirilməsi və yeni müasir penitensiar infrastrukturun yaradılması üzrə tədbirlər qeyd edilib. Yeni qanunvericiliyə əsasən, penitensiar müəssisələrin fəaliyyətini tənzimləyən ?Cəzaçəkmə müəssisələrinin daxili intizam qaydaları?nın təkmilləşdirilməsinə zərurət yarandığı bildirilib. Bununla əlaqədar, Avropa Penitensiar Qaydaları, İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi, BQXK və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin tövsiyələri nəzərə alınmaqla, məhkumların hüquqlarının, o cümlədən təhlükəsizliyinin daha etibarlı təmin olunması, saxlanma şəraitinin beynəlxalq normalara uyğunlaşdırılması, islah işinin müasirləşdirilməsi, görüş imkanlarının və həvəsləndirmə tədbirlərinin genişləndirilməsi, məhkumların asudə vaxtının daha səmərəli keçirməsi və digər mühüm məsələlərə dair dəyişikliklər edilib. İclasda, həmçinin məhkumlara göstərilən tibbi yardımla bağlı məsələlər nəzərdən keçirilib. İclasda son illər tibb xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində tibbi yardım və dərman təminatının yaxşılaşdırıldığı, müalicə müəssisələrinin yeni müasir tibbi avadanlıqla təchiz olunduğu qeyd edilib. 1995-ci ildən BQXK ilə birgə cəzaçəkmə müəssisələrində 10 mindən artıq məhkum vərəmdən müalicə olunub, vərəmin ən ağır və təhlükəli formalarının səmərəli müalicəsi aparılıb ki, nəticədə ölüm hallarının sayı 30 dəfə azalıb, məhkumlar arasında bu xəstəliyin səviyyəsi xeyli aşağı enib. Eyni zamanda, ədliyyə orqanlarında şəffaflığın təmin olunması daim diqqətdə saxlanılaraq, tibb xidmətində vakant vəzifələrin zəruri peşə hazırlığına malik kadrlarla komplektləşdirilməsi məqsədilə 2004-cü ildən işə qəbul açıq müsabiqə yolu ilə aparılaraq 170 tibbi mütəxəssis qulluğa qəbul edilib. İclasda, həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA