107 saylı dairədən xanım namizəd Prezidentə şikayət etdi: "Onlara seçkiyə müdaxilə gücünü kim verib?" - FOTOLAR

"Hospitaldayam" - İqbal Ağazadə ilə Rauf Arifoğlunun bir-birini təhdid etdiyi dairədə nə baş verir?

Ərdoğan zəlzələdə ölən ana və uşağın cənazəsini çiyinində daşıdı: "Heç kəsin diqqətdən kənarda qalmayacaq"

PARTİYA DEPUTATLA BAĞLI MSK-ya ŞİKAYƏT ETDİ - İcra başçısının müavini niyə görüşlərə qatılır? + FOTOLAR

Etibar Pirverdiyevin Tbilisidə də şərikli şirkəti varmış... - "Azərenerji"nin sabiq rəhbəri haqda yeni məlumatlar yayıldı + Sənədlər

"Bu yaşda insan mübarizə aparmaz, iddiada olmaz, yol kəsməz" - Prezident təqaüdçüsündən yazıçı Anara sərt etiraz

Prezident İlham Əliyev Türkiyədə zəlzələ zonasında oxuyan azərbaycanlı tələbələrlə bağlı tapşırıq verdi

YAP-ın seçki qərarına məhəl qoymayanlar partiyadan qovulacaq - Seçkidə ikitirəlik yaradan namizədlərə mesaj verildi

YAP-ın RƏSMİ QƏRARINI POZAN HEYDƏROVUN KÖMƏKÇİSİ, YAXUD SƏDAQƏT VƏLİYEVANIN MÜAVİNİ... - Partiya ona sərt üzünü göstərəcəkmi?

İki xəstə vəfat etdi, 5 nəfər reanimasiyaya köçürüldü... - Sabirabad Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? + Açıqlamalar

"Xəbər məni son dərəcə sarsıtdı..." - İlham Əliyev Ərdoğana məktub göndərdi

PARLAMENT SEÇKİLƏRİ: deputatlığa iddialıların sayı açıqlandı - 100-ə yaxın namizəd geri çəkilib

“Fədayə Laçın nə zaman istintaqdan qaçıb?” - Vəkil

img

09-03-2018 [10:38]


"Fədayə Laçınla bağlı hələlik istintaq prosesində hər hansı yenilik yoxdur. Son ayda heç bir istintaq işi aparılmayıb. Özü ilə görüşmüşəm, normaldır. Azadlıq üçün, tamaşaçıları, sevənləri üçün darıxıb”.

Mia.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri məhbus müğənninin vəkili Türkel Süleymanlı deyib. Onun sözlərinə görə, müğənninin səhhəti normaldır, həkim nəzarətindədir.

Vəkil yaxın günlərdə Fədayə Laçınla bağlı qəti-imkan tədbirinin dəyişdirilməsi üçün yenidən müraciət edəcəklərini bildirib: "Heç bir istintaq işi aparılmadan Fədayə Laçının həbsdə qalması heç kimə faydalı deyil. O istənilən vaxtda istintaq prosesi ilə əlaqədar gəlib-getməyə hazırdır. Lakin heç bir iş aparılmadan onun aylarla həbsdə qalması qanunvericiliyə də ziddir. Səbəb olmalıdır. Fədayə Laçın nə zaman istintaqdan qaçıb, gizlənib? Sabah haqqında cəza tədbiri seçilsə, daha normal şəraitli bir yerə, düşərgəyə göndəriləcək. Lakin indiki gündə daş divar arasında cəza çəkməsi onun səhhətinə ziyandır. Belə şəraitsiz yerdə qalmaq çətindir”.

Vəkil məhkəmə prosesinin gecikməsindən də danışıb: "Bilmirik ki, məhkəmə prosesi hansı səbəbdən gecikdirilir. Heç bir hərəkət yoxdur”.

T.Süleymanlının sözlərinə görə, məhkəmə Fədayə Laçını təqsirli hesab etsə, bu zaman haqqında verilən həbs müddəti onun dustaq həyatı yaşadığı gündən hesablanacaq.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR