Azərbaycan və ABŞ prezidentləri görüzdülər

img

25-09-2010 [12:50]


Nyu-Yorkda keçirilən BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə görüşüb. Amma jurnalistlərə görüşdən yalnız bir neçə dəqiqəlik foto çəkməyə imkan verilib. Görüşdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyms Cons, ABŞ-ın BMT-dəki səfiri Süzan Rays, Ağ Evin məsləhətçisi Valeri Carrett iştirak edib. Görüşdən sonra prezidentlər heç bir açıqlama verməyiblər. Bundan əvvəl ABŞ rəsmiləri bildirmişdilər ki, Barak Obama ABŞ-ın Əfqanıstandakı əməliyyatlarında vacib tərəfdaş olan Azərbaycanın dövlət başçısı ilə bu istiqamətdə müzakirələr aparacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA