AiDP sədri Brayzanın Azərbaycana enerjiyə görə gəldiyini deyir

img

24-09-2010 [02:22]


?Metyu Brayzanın Azərbaycana səfir təyinatıi ilə bağlı ilkin təsdiqlənmə Azərbaycan diplomatiyasının uğuru deyil. Bu sadəcə olaraq ABŞ hökumətinin istəyinin nəticəsidir. Gəlin özümüz-özümüzü aldatmayaq. Sadəcə olaraq bu təyinatı şouyu çevirmək lazım idi, onu da etdilər?. Bu fikirləri AİDP sədri hacı Tahir Abbaslı deyib. Onun sözlərinə görə, bu ABŞ hökumətinin qurulmuş bir ssenarisidir. Sadəcə olaraq bu ssenarini səs-küylə həyata keçirmək üçün prosesə erməniləri də cəlb ediblər: ?Bizə isə elə gəlir ki, ABŞ Qarabağ məsələsində bizim tərəfimizi tutmaq üçün Brayzanı Azərbaycana göndərir. Əslində isə belə deyil?. T.Abbaslının fikrincə, Brayzanın Azərbaycana səfir təyinatı regionda indiyə qədər reallaşdırlan və bundan sonra nəzərdə tutulan enerji layihələrini ABŞ-ın istəyinə uyğun olaraq yönləndirmək məqsədi daşıyır: ?Hər kəsə bəllidir ki, Brayza bu layihələrin reallaşmasında birbaşa iştirak ketmiş adamdır. Nəyi necə qurmağı yaxşı bilir. Qarabağ məsələsinə gəlincə, ABŞ hakimiyyətinin mövqeyi ədalətli olandan sonra səfİrin Brayza, yaxud Con olmasının bir o qədər fərqi qalmır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA