BMT Baz katibi ümumdünya Turizm günü münasibətiylə müraciət yayıb

img

24-09-2010 [12:56]


BMT Baş katibi Ümumdünya Turizm Günü münasibətilə müraciət yayıb. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən verilən xəbərə görə, müraciətdə deyilir: "Mən BMT-nin Ümumdünya Turizm Təşkilatının bu ilki Ümumdünya Turizm Gününü ?Turizm və biomüxtəliflik? mövzusu ətrafında qeyd etməsinə şadam. Planetin canlı növləri və məskunlaşma yerlərini, həmçinin onların verdikləri məhsul və xidmətləri qorumaq barədə dəfələrlə qəbul edilmiş qlobal öhdəliklərə baxmayaraq, Yer kürəsində canlı varlıqların müxtəlifliyi görünməmiş sürətlə azalmaqda davam edir. Bunun səbəbi insan fəaliyyətidir. Bu il ? Beynəlxalq Biomüxtəliflik İli diqqəti dünyanın bütün regionlarında insanların rifahı, sağlamlığı və əmin-amanlığı naminə biomüxtəlifliyin mühafizə olunmasının son dərəcə zəruri olmasına yönəltmək üçün tam vaxtına düşən bir fürsət yaradır. Turizm və biomüxtəliflik bir-biri ilə sıx əlaqədədir. Milyonlarla insan hər il təbiətin gözəlliklərini seyr etmək üçün səyahətə çıxır. Davamlı turizmin gətirdiyi gəlir təbiətin qorunması ilə yanaşı iqtisadi inkişafa da mühüm köməklik göstərə bilər. Bundan başqa, davamlı turizm turistlər arasında və yerli icmada biomüxtəlifliyin gündəlik həyatımızdakı əhəmiyyəti barədə məlumatlılığı artırmağa kömək edə bilər. ?Davamlı turizm ? yoxsulluğun aradan qaldırılması? kimi təşəbbüslər vasitəsi ilə, həmçinin BMT ailəsindən olan təşkilatlar, turizmə cavabdeh milli dövlət idarələri və özəl sektorla əməkdaşlıq etməklə Ümumdünya Turizm Təşkilatı turizm, yoxsulluğun azaldılması və biomüxtəliflik arasında mövcud olan əlaqələri önə çəkməkdə kömək edir. Turizm sektorunun nümayəndələri üzərilərinə düşən məsuliyyəti getdikcə daha çox hiss edirlər. Əlbəttə, bu sektor biomüxtəlifliyin qorunmasına, səyahət qruplarının vəhşi təbiətə müdaxiləni minimuma endirəcək şəkildə idarə olunması və ya təchizatın yalnız davamlı mənbələrdən alınması kimi sadə tədbirlərin inteqrasiyası da daxil olmaqla bir çox töhfələr verə bilər. Bu ilki Dünya Turizm Günündə mən Yer üzərindəki canlıların müxtəlifliyini mühafizə etməyin vacibliyini getdikcə daha çox tanımalarına görə turizm sektorunun nümayəndələrini alqışlayır və bütün tərəfdaşları davamlılığı təmin etmək üçün götürdükləri öhdəliklərin üzərində daha möhkəm dayanmağa çağırıram.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA