Davudoğlu Klintonla Qarabağ münaqizəsini müzakirə ediblər

img

24-09-2010 [12:33]


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Nyu-Yorkda Birləşmiş Ştatların dövlət katibi Hilari Klintonla görüşüb. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olub. Görüş mətbuat ücün qapalı olsa da danışıqlar zamanı, həmçinin Yaxın Şərqdəki vəziyyət, Əfqanıstandakı antiterror missiyasının müzakirə olunduğu bildirilir. Xatırladaq ki, Türkiyə prezidenti Abdullah Gül də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub və münaqişənin sülh yolu ilə həllinə böyük önəm verdiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA