Sarkisyan: ?Mən Azərbaycan və Rusiya arasında RZK satızına dair razılazmanın olmasına zübhə ilə yanazıram?

img

23-09-2010 [12:46]


Ermənistan prezidenti Serj Sarkisyan Rusiya ilə Azərbaycan arasında S-300 zenit-raket kompleksinin (ZRK) tədarükünə dair razılaşmanın olmasına şübhə ilə yanaşır. O, Ukrayna telekanallarından birinə müsahibəsi zamanı belə deyib. ?Düzünü desəm, mən o qədər də əmin deyiləm ki, yüksək dairələrdə bu barədə razılaşma əldə olunub?, - deyə Ermənistan prezidenti bildirib. O qeyd edib ki, Ermənistan üçün Azərbaycanın Rusiyadan silah alması faktı yeni xəbər deyil. Lakin erməni prezident hesab edir ki, Ermənistan buna görə, Rusiyanı məzəmmət edə bilməz. ?Əlbəttə biz narazı qala bilərik, bu bizim problemimizdir, lakin Rusiyanı Azərbaycana silah satmaqda günahlandırmaq düzgün deyil?, - deyə Sarkisyan qeyd edib. S-300 ZRK-ya gəldikdə isə o bildirib ki, bu ilk növbədə hava hücumundan müdafiə silah növüdür və Ermənistanda bu sistem çoxdan mövcuddur, özü də kifayət qədər. Xatırladaq ki, cari ilin iyul ayının sonlarında Rusiyanın ?Vedomosti? qəzeti Azərbaycan Müdafiə Nazirliyi və Rusiyanın ?Rosoboroneksport? dövlət şirkətinin Bakıya iki S-300 PMU-2 ?Favorit? divizionunun satılmasına dair müqavilə imzaladığı barədə xəbər dərc edib. Lakin bunun ardınca ?Rosoboroneksport?un rəsmi nümayəndəsi olan Vyaçeslav Davıdenko bu məlumatları təkzib edib. Eyni zamanda sentyabrın əvvəllərində Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov sövdələşmənin reallaşma mərhələsində olduğunu bildirib. O, 2007-ci ildən Bakı ilə Moskva arasında bu istiqamətdə danışıqların aparıldığını əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA