26-02-2018 [15:21]
Ləman ƏLƏŞRƏFQIZI,
Əməkdar jurnalist
***
Sadəcə boynumuza almırıq, şəxsimizə təhqir sayırıq bu sözü, buna görə məhkəməyə veririk bir birimizi, abdal olmadığımızla təsəlli tapmaq istəyirik. Amma unuduruq ki, təhqirin təsəllisi olmur, biz o gün təhqir olunmuşuq, Xocalı kürəyindən vurulanda, arvad-uşaq əsir götürüləndə.
Xəbərin oldumu o əsirlərin aqibətindən, əzizi Xocalım?
Biz 26 ildir xəbərsizik. Bilmirik qadınlarımız bu illər ərzində Ermənistana neçə oğul övlad verib? Xəbərin var ki, indi o oğullar ən azı 25 yaşındadır?!. Deməli, anası Azərbaycana silah qaldıran, erməni ordu birləşmələrində bunun üçün xüsusi təlim keçən, sabah körpələrimizn ürəyini nişan ala biləcək neçə-neçə oğullar yetişdirir Xocalıda əsir düşən qadın.
İçi qan ağlaya-ağlaya, gözü qanlı yaş axıda-axıda, biixtiyar, əlacsız, manqurt kimi yetişdirir bu oğulları. Yetişdirir ki, sabah doğmalarının qanını içsin. Bəlkə də bununla sakitləşəcək, təsəlli tapacaq. Çünki uşaqlıqdan onu nağıllarla böyütmüş, əsir düşən gözəli divin pəncəsindən qurtaran Məlikməmmədin varlığına inandırmışdılar. Düz 26 ildir ki, Məlikməmmədin yolunu gözləməkdən gözləri kor oldu Xocalı gözəlinin. Sən bizdən daha yaxınsan ona, səsini, naləsini eşitdinmi o qızın bu illər ərzində? Üsyanını, etirazını sindinmi? Barışdınmı onun ittihamlarıyla? Üzr istədinmi o gözəldən? Dedinmi ki, qalın meşələrim, dağım- təpələrim, çölüm-düzüm səni niyə xilas edə bilmədi? Yoxsa səndəmi günahkar olmaqdan qorxursan?
Qorxma, əziz şəhər. Nəyi bilirsənsə aç, danış. Çünki, Allahın kamil yaratdıqları danışmaq istəmir.
Məsələn, bu günlərdə biri deyib ki, Xocalı haqda bildiklərimi danışsam ağzımda dilim yanar. Mən o dilləri necə çəkib kökündən qoparardım bir bilsən? Budaqdan tumurcuqları qoparan kimi. Qorxu filmini xatırladan o dəhşətli gecədə qanı ilə torpağını suvaran 63 körpə də tumurcuq idi. Xəbərin varmı onlardan 2 yaşlısı hamilə anasını ölümdən necə xilas edib? Hardan xəbərin olsun? Sən o gecə 613 nəfərin amansız qətlinə şahid olmusan. Hansı birini yadda saxlayasan, hansı birinə ağlayasan , ağı deyəsən əziz Xocalı? Amma mən bu gün o iki yaşlı körpəyə doyunca ağladım. Anası onu bellinə şəlləyəndə balasının xilasını düşünmüşdü. Amma o anasının və dünyaya gələcək bacısınıın xilasına çalışdı. Düşmən güllələləri onun kürəyini deşdi, quş kimi çırpınan ürəyini durdurdu. Bəs sənin ürəyin necə, bu 26 ildə döyünübmü? Necə nəfəs almısan, necə yaşamısan? Yoxsa barışmısan "gözəlim” taleyinlə?
Necə ki, biz barışmışıq. Yəqin ildə bir dəfə "Xocalı” hayqırtısından qulağın dəng olur. Və bu səs eləcə yan-yörəndən gəlir, ən uzağı qonşu Türkiyədən. Sonra sükut çökür və sən 364 gün dincini alırsan. Beləcə ömür keçib gedir. Eynən bizim ömrümüz kimi. Hər kəs öz həyatını yaşayır. Amma yaşamayanlar da var. Heyf onlardan…. Heyf səndən Xocalı….. Bilirsən, bu səhər Yeniseyin bir şeirini oxudum. Buludxan adlı kişinin faciəsindən bəhs edilir o şeirdə. Arvadı, atı, və iti öləndən sonra quruca çomağına söykənən Buludxana bənzətdim səni.
Ağlamadı yuyulsun, çirkləndi kir oldu gözləri
O qədər bir yerə zilləndi birləşdi, bir oldu gözləri
Təpənin üstündcə lal-dinməz kor oldu gözləri
Dünya daha görünmədi Buludxana.
Gununsesi.info
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”