Azərbaycanda Meksikanın səfirliyi açılacaq

img

22-09-2010 [11:46]


ABŞ-ın Nyu-York ştatında BMT Baş Assambleyasının 65-ci sessiyasının işində istirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 21-də meksikalı həmkarı Patrisia Espinoza ilə görüşüb. Azərbaycanın Meksikadakı səfirliyindən MİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Meksika arasında müxtəlif istiqamətlərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Məlumata görə, Azərbaycanın xarici işlər naziri meksikalı həmkarının dəvəti ilə 2011-ci ilin yanvar ayında Meksikaya rəsmi səfər edəcəyi barədə razılıq ifadə edib. Nazir P. Espinoza, Meksikadakı səfirliyimizin 2009-cu ildən etibarən rəsmən fəaliyyətə başlaması münasibəti ilə Azərbaycan tərəfinə oz hökuməti adından minnətdarlığını bildirib. O, iki ölkə arasında ikitərəfli əlaqələrin genişləndiyi, qarşılıqlı səfərlərin həyata keçirildiyi və münasibətlərin inkişaf etdirilməsi istiqamətində fəal iş aparıldığını diqqətə çatdırıb. Meksikanın XİN rəhbəri Azərbaycanda səfirliyinin açılması məsələsinin vacibliyini vurğulayaraq gələn il öz ölkəsinin Bakıda səfirliyinin fəaliyyətə başlaması mümkünlüyünü qeyd edib. Xanım P.Espinoza, həmçinin cari il ərzində Meksika Mustəqilliyinin 200 illik yubileyinin qeyd edilməsi tədbirləri çərçivəsində, xüsusən cari ilin martında Meksikada Azərbaycan Mədəniyyəti Gunlərinin keçirilməsini misal gətirərək, Azərbaycan tərəfindən qarşılıqlı mədəni əlaqələrin inkişafına verilmiş əhəmiyyətli töhvəni yüksək qiymətləndirib. Nazir E.Məmmədyarov, Meksikaya səfər etmək barədə dəvətə görə xanım P.Espinozaya öz təşəkkürünü bildirərək, ölkələrimiz arasında siyasi əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın vacibliyini qeyd edib. Görüş zamanı tərəflər regional və beynəlxalq əhəmiyyətli məsələlər ətrafında qarşılıqlı fikir mubadiləsi aparıblar. Görüşdə, Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov da iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA