Zərdabda faciəvi yol qəzası; 4 nəfər ölüb

img

22-09-2010 [11:14]


Zərdab rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə saat 01.40 radələrində Zərdab-Millakənd yolunun 21-ci kilometirliyində baş verib. Rayonun Təzəkənd kənd sakini, 33 yaşlı Ramil Xıdır oğlu Bilalov idarə etdiyi ?Opel? markalı 10 ZU 781 dövlər nömrə nişanlı maşını yol kənarındakı kanala aşırıb. Nəticədə sürücü və onun sərnişinləri, Təzəkənd kənd sakinləri, 33 yaşlı Sənan Tofiq oğlu Namazov, 25 yaşlı Dəyanət Hüseyn oğlu Mikayılov aldığı xəsarətlərdən və suda boğulmadan hadisə yerində ölüblər. Sonuncunun 22 yaşlı qardaşı Səxavət Mikayılov isə xəstəxanda keçinib. İlkin mləumatta görə, hadisə baş verən zaman sürücü və sərnişinlər içkili olublar və maşını yüksək sürətlə idarə ediblər. Hadisə də yüksək sürət üzündən baş verib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA