XiN rəhbəri Elmar Məmmədyarov BMT-də çıxız edib

img

21-09-2010 [04:35]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-in Minilliyin İnkişaf Məqsədləri Yüksək Səviyyəli Plenar görüşdə çıxış edib. XİN mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, Məmmədyarov Azərbaycanın 2010-cu ildə MİM-in həyata keçirilməsinə dair İnkişaf Hesabatının tamamlandığını tədbir iştirakçılarının nəzərinə çatdıraraq bu sahədə Azərbaycanın nailiyyətləri və təcrübəsi barədə məlumat verib. Son 5 ildə Azərbaycanda görünməmiş iqtisadi inkişafın baş verdiyini vurğulayan Məmmədyarov ölkə iqtisadiyyatında illik artımın 20% təşkil etdiyini və beləliklə Azərbaycanın dünyada ən sürətlə artan iqtisadiyyatlardan birinə çevrildiyini deyib. E.Məmmədyarov Azərbaycanda yoxsulluğun aradan qaldırılması məqsədilə hökumətin siyasi iradə nümayiş etdirdiyini və həmçinin bu istiqamətdə ciddi addımlar atdığını qeyd edib. Bununla yanaşı o Azərbaycan məktəblərində təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında müəyyən islahatlara başlandığını bildirib: "Dövlətin məhv olmuş meşə zolaqlarının bərpası və qərarlar qəbul olunarkən təbiətin qorunması şərtlərinin nəzərə alınması vacibdir. Bu Plenar İclasın BMT-nin İnkişaf proqramlarının həyata keçirilməsi və həmçinin bütün insanların daha yaxşı gələcəklə təmin olunması naminə üzv-dövlətlərin səylərinin səfərbər olmasına töhfə verəcəyinə ümidvaram".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA