Ər arvadını qisas məqsədiylə bıçaqlayaıb öldürdü

img

21-09-2010 [12:11]


Bakının Xətai rayonunda qətl hadisəsi olub. Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Nazim Şükürov küçəsi 1/3 saylı ünvanında yaşayan 51 yaşlı Ağsu rayon sakini Əlihəsən Fərhad oğlu Abdullayev aralarında yaranan mübahisə zamanı qisas məqsədi ilə həyat yoldaşı, 45 yaşlı Almaz Zöhrab qızı Abdullayevaya bıçaqla vuraraq ağır bədən xəsarəti yetirib. Sonra isə o özünün hər iki qol və döş nahiyəsinə bıçaqla xəsarət yetirib. Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Kürək və döş nahiyəsindən xəsarət alan qadını həkimlərin bütün səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb. Faktla bağlı AR CM-nin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA