ATƏT və Avropa Şurası parlament seçkisinə görə bölgələrə üz tutub

img

21-09-2010 [11:34]


Sentyabrın 21-də Avropa Şurası Bakı ofisinin Lənkəranda "Sərbəst toplaşmaq azadlığı və seçkiqabağı kampaniya" mövzusunda seminar keçirir. Təşkilatın məlumatında deyilir ki, bu tipli seminarlar noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı qəbul edilən Tədbirlər Planına aiddir. Seminarın məqsədi sərbəst toplaşmaq azadlığı sahəsində qanunvericilik haqqında biliklərin təkmilləşdirilməsi, seçkiqabağı proseslərdə onun necə işləməsi, onun realizə olunmasında cavabdeh şəxslərin vəzifələrinin nədən ibarət olduğunu müəyyən etməkdir. ATƏT-in Bakı ofisi də seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyinə dair informasiya sessiyalarını bölgələrdə davam edəcək. Bu gün Şirvanda başlayan sessiya Mingəçevir və Naxçıvan Muxtar Respublikasında davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA