Portuqaliyanın xarici izlər naziri Azərbaycana gələcək

img

21-09-2010 [11:07]


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində Gürcüstanın Xarici İşlər naziri Q. Vaşadze ilə görüş keçirib. Nazirliyin mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, görüşdə ikitərəfli əlaqələrin səviyyəsi, ölkələr arasında enerji sahəsində həyata keçirilən layihələr və bu istiqamətdə perspektiv planlar və nazir Məmmədyarovun Gürcüstana gələcək səfəri ətrafında fikir mübadiləsi aparılıb. Məmmədyarov həmçinin Portuqaliya Respublikasının Dövlət Naziri, Xarici İşlər Naziri Luis Filipe Marques Amado ilə görüşüb. Görüş zamanı ikitərəfli, xüsusilə də iqtisadi sahədə münasibətlərə dair məsələlər müzakirə edilib. Məmmədyarov hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsinin mümkünlüyü barədə danışıb. Portuqaliyalı nazir Azərbaycanı Portuqaliya ictimaiyyətinə daha geniş təqdim etmək zəruriliyini vurğulayıb. Portuqaliyalı həmkarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandıran Məmmədyarov münaqişənin həllinə dair aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verib. Portuqaliyanın Xarici İşlər naziri öz növbəsində Azərbaycana səfər etməklə bağlı azərbaycanlı həmkarının dəvətini məmnunluqla qəbul edərək bu il ərzində bu səfərin gerçəkləşməsinin mümkünlüyünü qeyd edib. Daha sonra tərəflər bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA