Elmar Məmmədyarov BMT Baz Assambleyasının 65-ci sessiyasında iztirak edəcək

img

20-09-2010 [04:19]


Azərbaycanın xarici işlər naziri Birləşmiş Ştatlara səfər edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun verdiyi məlumata görə, səfərdə məqsəd BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 65-ci sessiyasında iştirak etməkdir. Elmar Məmmədyarovun Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrləri və ermənistanlı həmkarı Edvard Nalbandyanla da görüşünün nəzərdə tutulduğu bildirilir. Lakin Elxan Poluxov ANS PRESS-ə açıqlamasında sözügedən görüşlərin səfər proqramında olmadığını, daha doğrusu proqramın hələ təsdiq olunmadığını deyib. Sessiyanın açılış iclası sentyabrın 23-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA