"Cəzasız zərbələr zamanı keçdi, istənilən hücuma cavab veriləcək..." -Rəsmi Tehrandan İsrailə xəbərdarlıq

img

11-02-2018 [16:28]


"Cəzasız zərbələr zamanı keçdi və Suriya xalqı hər hansı bir təcavüz xarakterli hərəkətə cavab vermək iqtidarında olduğunu isbat etdi".

Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İsrail sərhədindəki hadisə ilə əlaqədar vəziyyəti şərh edərkən deyib.

"Suriya milləti bu dəfə sübut etdi ki,  təcavüz xarakterli istənilən hücuma cavab verəcək, çünki cəzasız zərbələrin zamanı sona çatdı", - deyə "Tasnim" agentliyi onun sözlərini sitat gətirib.

Fevralın 10-da İsrail Suriyadan ölkənin hava məkanına daxil olan İranın pilotsuz uçan aparatını vurub. Suriya hadisədən sonra hava hücumundan müdafiə sistemini işə salıb və nəticədə İsrail Hərbi Hava Qüvvələrinin ən azı bir təyyarəsi vurulub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA