Afrində 11 türk əsgəri şəhid oldu, daha 11 hərbçi yaralandı -1150 terrorçu məhv edildi

img

10-02-2018 [23:31]


Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatının 22-ci günündə 11 şəhid verib.

Mia.az xəbər verir ki, bu gün Afrində Türkiyənin bir helikopteri vurulub, nəticədə 2 hərbçi şəhid olub: "Bununla yanaşı, Afrinin Cinderis kəndində çıxan atışmada daha 3 əsgər vurulub. Axşam saatlarında isə Afrinin digər bölgələrində gedən döyüşlərdə daha 6 əsgər şəhid edilib. Bununla da əmliyyatın 22-ci günündə Türkiyə ordusu 11 şəhid verib, 11 əsgər  isə yaralanıb".

Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, gün ərzində 79 PYD terrorçusu məhv edilib, 36 hədəf yerlə bir olunub: "Ümumilikdə 1150-yə yaxın terrorçu öldürülüb".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA