Bir gündə 8 kənd PYD-dən azad olundu, 40 hədəf məhv edildi - Afrin əməliyyatı

img

09-02-2018 [20:14]


Türkiyə ordusu bu gün Azad Suriya Ordusu ilə birlikdə Afrində 8 kəndi PYD terrorçularından azad edib.

Mia.az SHOW TV-yə istinadən xəbər verir ki, "Zeytun budağı" əməliyyatının 21-ci günü Türkiyə ordusu Afrinin mərkəzinə doğru inamlı əməliyyatlar keçirib: "Bu gün 8 kənd azad edilib. Bununla Afrinin qərb bölgəsindəki ərazilərdə əməliyyat xətti tamam bərpa olunmaqla yanaşı, bölgədə PYD-nin 40 mövqeyi və xeyli silah-sursatı məhv edilib".

Məlumata görə, bu gün 34 terrorçu da öldürülüb: "Bununla da 21 gün ərzində məhv edilən terrorçuların sayı 1062-yə çatıb. Axşama bu sayın daha da artacağə gözlənilir".

O da bildirilib ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar və generallar xüsusi təyyarə ilə Afrini havadan müşahidə ediblər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA