107 saylı dairədən xanım namizəd Prezidentə şikayət etdi: "Onlara seçkiyə müdaxilə gücünü kim verib?" - FOTOLAR

"Hospitaldayam" - İqbal Ağazadə ilə Rauf Arifoğlunun bir-birini təhdid etdiyi dairədə nə baş verir?

Ərdoğan zəlzələdə ölən ana və uşağın cənazəsini çiyinində daşıdı: "Heç kəsin diqqətdən kənarda qalmayacaq"

PARTİYA DEPUTATLA BAĞLI MSK-ya ŞİKAYƏT ETDİ - İcra başçısının müavini niyə görüşlərə qatılır? + FOTOLAR

Etibar Pirverdiyevin Tbilisidə də şərikli şirkəti varmış... - "Azərenerji"nin sabiq rəhbəri haqda yeni məlumatlar yayıldı + Sənədlər

"Bu yaşda insan mübarizə aparmaz, iddiada olmaz, yol kəsməz" - Prezident təqaüdçüsündən yazıçı Anara sərt etiraz

Prezident İlham Əliyev Türkiyədə zəlzələ zonasında oxuyan azərbaycanlı tələbələrlə bağlı tapşırıq verdi

YAP-ın seçki qərarına məhəl qoymayanlar partiyadan qovulacaq - Seçkidə ikitirəlik yaradan namizədlərə mesaj verildi

YAP-ın RƏSMİ QƏRARINI POZAN HEYDƏROVUN KÖMƏKÇİSİ, YAXUD SƏDAQƏT VƏLİYEVANIN MÜAVİNİ... - Partiya ona sərt üzünü göstərəcəkmi?

İki xəstə vəfat etdi, 5 nəfər reanimasiyaya köçürüldü... - Sabirabad Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? + Açıqlamalar

"Xəbər məni son dərəcə sarsıtdı..." - İlham Əliyev Ərdoğana məktub göndərdi

PARLAMENT SEÇKİLƏRİ: deputatlığa iddialıların sayı açıqlandı - 100-ə yaxın namizəd geri çəkilib

Aktyor Rza Rzayevlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildi

img

06-02-2018 [13:01]


Bakı şəhəri 220 nömrəli məktəb – liseyində baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsində (BŞTİ) araşdırma aparılır.

Mia.az xəbər verir ki, BŞTİ-dən APA-ya verilən məlumata görə, yanvarın 29-da özünü 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun otağına daxil olaraq, heç bir səlahiyyəti olmadığı halda, məktəbin işinə kobud şəkildə müdaxilə edərək, ifadə edilməsi mümkün olmayan nalayiq ifadələrlə direktoru təhqir və təhdid edib.

"Həmin hadisə digər şəxslərin şahidliyi ilə baş verib. Bakı şəhəri 220 nömrəli məktəb – liseyin direktorunun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülər və hadisə barədə müvafiq akt hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələnin nədən qaynaqlandığına gəlincə, 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarım ildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Heç bir maaş dəyişikliyi gözlənilmədiyi halda, Zeynəb Rzayeva bu qərara etiraz edib. Bundan əlavə, məlum olub ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını qeyd etdiyi siyahı hazırlayıb və sonradan həmin siyahıya başlıq əlavə edərək mətbuata verib. Bu məsələnin də araşdırılması ilə bağlı müvafiq qaydada müraciət olunub. Fevralın 1-də 220 nömrəli məktəb-liseydə BŞTİ əməkdaşının iştirakı ilə müəllimlərlə iclas keçirilib və müəllimlər tərəfindən müvafiq iddiaların tamamilə əsassız olduğu bildirilib. Hazırda məsələ ilə bağlı BŞTİ tərəfindən də müvafiq araşdırmalar aparılır” – məlumatda deyilir.

Qeyd edək ki, R. Rzayev aktyordur. R. Rzayev direktor müavini olan bacısı Z. Rzayevanın işdən çıxarıldığını deyərək məktəb direktorunun rüşvət yığdığını iddia edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR