Niderlanddan Türkiyəyə qarşə sensasion addım: səfiri geri çağırdı, Ankaraya da yeni səfir qadağası qoydu

img

05-02-2018 [15:59]


Niderland Türkiyədəki səfirini geri çağırıb.

 APA-nın "Reuters” agentliyinə istinadən görə, Niderland Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən açıqlamada bildirilir ki, buna səbəb son zamanlar iki ölkə arasında yaşanan gərginliklərin aradan qaldırılması istiqamətindəki cəhdlərin heç bir nəticə verməməsidir.
 
Bildirilir ki, Türkiyənin də Niderlandda yeni səfir təyin etməsinə icazə verilməyəcək.
 
Xatırladaq ki, 11 mart 2017-ci il tarixində Niderland hökuməti Rotterdama səfər etməyi planlaşdıran Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəyə girişinə qadağa qoyub. Nəticədə bu, iki ölkə arasındakı əlaqələrdə böhrana səbəb olub. M. Çavuşoğlunun Rotterdama səfərinin məqsədi Niderlandda yaşayan Türkiyə vətəndaşları arasında referendumla əlaqədar təşviqat aparmaq idi. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA