Lənkəranda yanacaqdoldurma məntəqəsində partlayız baz verib(yenilənib)

img

17-09-2010 [11:16]


Ələt-Astara magistral yolunun 201-ci km-də Lənkəran rayonunun Digah kəndində ?Diqaz? maye qaz doldurma məntəqəsində partlayışla müşayiət olunan güclü yanğın baş verib. Hadisə səhər saat 05:30-da qeydə alınıb. Nəticədə yanacaqdoldurma məntəqəsinin üç əməkdaşı xəsarət alıb. Dərhal hadisə yerinə Lənkəran, Masallı, Cəlilabad, Astara və Lerik rayonlarından 10-dan çox yanğınsöndürən maşın cəlb edilib. Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin xilasetmə qrupları gəlib. Yanğının qarşısı saat 08:00-da alınıb. Hadisə zamanı 4 güclü partlayış qeydə alınıb. Yanacaqdaşıyan avtomobil partlayaraq, hissələri ətrafa dağılıb. Yaxınlıqdakı onlarla binaya ciddi ziyan dəyib. Bir ev tamamilə dağılıb. Yanacaqdoldurma məntəqəsinin 2-3 kilometrliyindəki xəstəxananın pəncərəsinin şüşələri sınıb. Ərazi mühasirəyə alınıb. Yanğın zamanı bağlanan Ələt -Astara magistral yolu qismən açılıb. Xəsarət alan 42 yaşlı Teymur Əlimuxtar oğlu Əliquliyev, 46 yaşlı Əkbərov Firudin Balaxan oğlu, 44 yaşlı Rufullayev İzzət Qüdrət oğlunun vəziyyəti ağırdır. Hazırda onlara Lənkərandakı xəstəxanada ilkin tibbi yardım göstərilir. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan onlar Bakıya göndərilib. Hadisənin texniki nasazlıqdan baş verdiyi bildirilir. Maye-qaz boşaltma məntəqəsinə yanacaqdaşıyan avtomobil məntəqəyə qaz boşaldarkən sızma baş verib. Faktla bağlı araşdırmalara başlanılıb. Partlayışla bağlı bü gün Fövqəladə Hallar Nazirliyi də rəsmi məlumat yayıb. Məlumata görə, Lənkəran-Astara magistral yolunun Lənkəran rayonu, Digah kəndi ərazisindən keçən hissəsində (rayon mərkəzindən 2,5km aralı) vətəndaşa məxsus maye qaz və benzin yanacaqdoldurma məntəqəsində yanğınla davam edən partlayış hadisəsi baş verib. Nəticədə, hər birinin həcmi 50 kub metr olan 2 ədəd maye qaz çəni, yanacaqla dolu 16 ton maye qaz daşıyan "Kamaz" markalı yük avtomobilinin, "VAZ" markalı minik avtomobilinin və "Belorus" markalı traktorun yanar hissələri, həmçinin, yanacaqdoldurma məntəqəsinə bitişik yerləşən ümumi sahəsi 60kv.m. olan çayxananın dam örtüyünün yanar konstruksiyaları 20kv.m. sahədə, "Bakcell" şirkətinə məxsus ötürücü antenanın yanar hissələri yanıb, hadisə zamanı yanacaqdoldurma məntəqəsində olan 3 nəfər məntəqə işçisi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Partlayış zamanı "Kamaz" markalı avtomobilin çəninin qəlpələri yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus ikimərtəbəli evin dam örtüyünün 50kv.m. sahəsini, ikimərtəbəli digər evin dam örtüyünün 30kv.m sahəsini və birmərtəbəli evin dam örtüyünün 20kv.m. sahəsini dağıntılara məruz qoyub. Yaralılar xəstəxanaya aparılıb. Həmin ərazidə yerləşən həcmi 50 kub metr olan 1 ədəd maye qaz çəni, həcmi 15 ton olan 1 ədəd yeraltı yanacaq çəni və yaxınlıqdakı fərdi yaşayış evləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 07:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yanğın baş verən zaman yanacaqdoldurma məntəqəsinin üç əməkdaşı xəsarət alıb. Xəsarət alan 42 yaşlı Teymur Əlimuxtar oğlu Əliquliyev, 46 yaşlı Əkbərov Firudin Balaxan oğlu, 44 yaşlı Rufullayev İzzət Qüdrət oğlunun vəziyyəti ağırdır. Hazırda onlara Lənkərandakı xəstəxanada ilkin tibbi yardım göstərilir. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan onlar Bakıya göndərilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA