Türkdilli ölkələrin Zirvə Toplantısı Azərbaycan-Türkmənistan münasibətlərinə aydınlıq gətirdi

img

16-09-2010 [05:05]


Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə Toplantısı Azərbaycan və Türkmənistan arasında münasibətlərə də aydınlıq gətirdi. İki ölkə arasında ciddi problemlərin olduğunu deyən qüvvələrə Azərbaycan və Türkmənistan prezidentləri ANS TV-nin sualına cavablarında aydınlıq gətiriblər. ?Azərbaycan və bizim münasibətlərimiz yüksək səviyyədə inkişaf edir. Azərbaycan bizim illər boyu qonşumuz olub?. Bunu İstanbulda başa çatan Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə Toplantısından sonra keçirilən mətbuat konfransında Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov deyib. Q. Berdımuhəmmədov Azərbaycanla Türkmənistanın qiyamət günü qonşusu olduqlarını və müsəlmanların bir-birini dəstəklədiklərini qeyd edib. O, Türkmənistanın Azərbaycanla qardaşlıq münasibətlərini heç vaxt pozmayacağını bildirib. Xəzər dənizinin bölünməsi ilə bağlı məsələyə toxunan Berdımuhəmmədov komissiya qurulduğunu və komisiyanın məsələ ilə maraqlandığını vurğulayıb. "Əlbəttə ki bu məsələ bir gündə həll edilə bilməz. Bəlkə illər boyu bu məsələ ilə bağlı müzakirələr gedəcək. Biz beynəlxalq qaydalara uyğun olaraq məsələni həll edəcəyik. Təbii ki, Azərbaycan və Türkmənistanın öz istəkləri var. Məncə, bu məsələ sabah təkrar danışılacaq?. Türkmənistan lideri yaxın qardaşı adlandırdığı Azərbaycan prezidenti İlham Əliyevlə bu məsələ ilə bağlı danışdığını deyib. O, bu məsələnin heç vaxt münasibətlərə xələl gətirə bilməyəcəyini bildirib: ?Biz buna icazə verəmərik?. Azərbaycan dövlət başçısı İlham Əliyev də iki ölkə arasında münasibətlərin doğurdan da yüksək səviyyədə olduğunu bildirib: ?Türkmənistan da, Azərbaycan da müstəqil ölkələrdir. Və çox vacib məsələləri iş birliyi çərçivəsində həll edirik. Xəzərin milli sektorlara bölünməsi məsələsi indi iki ölkənin gündəliyinin birinci yox, sonuncu maddəsini təşkil edir. Çünki bizim uzun illər həll edə bilmədiyimiz məsələlər var. Türkmənistan Azərbaycan arasında bir çox məsələ işbirliyi səviyyəsində həll edilib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA