29-01-2018 [11:31]
Müğənni Natavan Həbibi qalmaqala səbəb olan açıqlamalar verib. Sənətçi "ATV maqazin onlarla” verilişində şoumen Murad Dadaşov və müğənni Kərim Abbasovun onun ünvanına dediyi ittihamlara cavab verib.
Həbibi 9 ildir ki, küsülü olduğu və ötən həftə barışdığı Aygün Kazımova barədə maraqlı fikirlər səsləndirib, gizli məqamları açıb:
"Ümumi dostlarımı var, hamı istəyir ki, bizim münasibətimiz olsun. Bu gün biz bir məclisdəyik, bir masa arxasında oturacağıq. Münasibət səmimi olmalıdır. Biz ikimiz nə vaxt buna ürəkdən hazır olsaq, söhbət edəcəyik. İllərdir ki, bir-birimizi görmürük. Münasibət olacaqsa, dürüst olacaq. O, düşmən kimi mənə ləzzət edir. İnsan kişi kimi düşmən olmalıdır. "W-trio”nun vaxtında konsertlərimiz olub. Həmişə Aygün Kazımovanın yanında tək mən oturmuşam.
O, məni digər qrup üzvlərindən seçirdi. Həmin vaxtlar Aygünlə hər şeyi bölüşürdüm. Şəxsi həyatımdakı problemlər və s. A. Kazımova mənə məsləhət verirdi. Bizim belə söhbətlərimiz olub. Ona görə çaşıb qaldım, dedim ki, mən ona neynəmişəm? Kazımovanın Röya Ayxanla problemi olub. Elə bilib ki, mən ona qarşı pis münasibətdəyəm. Onların söhbətinin badına getdim, düşmənçilik boş şeydən başladı”.
Natavan M. Dadaşovun "acığa işlər görür” deməsinə sərt reaksiya verib:
"Dadaşov haqqında, ümumiyyətlə, danışmayacam. Fikirlərimi onun üzünə deyəcəm. Belə bir kəlmə işlətdi: "Natavan özü olsa, biz onu sevəcəyik”.Vaxt tapıb ona zəng vura bilmirəm ki, deyim ki, sən məni özümdə olmayan halda harda görmüsən? Murad, mən elə özüməm! Nə yaşayıramsa, doğrunu yaşayıram. Bilmirəm,sən kimin söhbətlərindən sonra belə bir nəticəyə gəlmisən. Mən nə yaşayıramsa, həqiqi yaşayıram. Deyir ki, kiminsə bəhsinə görə işlər görmüşəm. Kiminsə acığına iş görməmişəm, mən səhv salmayın. İldə iki mahnı oxuyuram, kiminsə acığına etsəm 65-ni ifa edərəm. 35 yaşımda ailə qurmuşam. Acıqla hərəkət etsəydim çoxdan evlənərdim. Hələ uşaq dünyaya gətirməmişdim. Onlar dediyi kimi olsaydı, çoxdan ana olardım. Nəin ki, Murad, bir çoxları...Niyə mənim taleyimi hər kəsə oxşatmaq istəyirsiz? Açıq-aşkar özüm göstərirəm ki, hər şey belədir. Başqa məna axtarırsız”.
O, Kərim Abbasovdan küsmə səbəbini də dilə gətirib:
"Kaş ki, belə şeylər bacarardım, bic olub onlarrn yolunu kəsərdim.Mən Kərimi təbrik edirəm, Allah balasını saxlasın.İnşallah böyüsün, əsl kişi olsun.Təzə bilmişəm ki, Kərimin oğlu var. Allaha and olsun ki, yeni bilmişəm. Amma sən demə, oyunlarda iştirak etmişəm, Səidəni onun oğlunun ad günündə iştirak etməyə qoymamışam. Səidənin ağlı yoxdu? Publikaya işləyirsiz, xal qazanırsız. Yekə kişilərsiz. Bu alçaqlıqdır. Xüsusi ilə də kiminsə övladının xoş günündə belə şey etmərəm. Bilirdim ki, problem var idi, övladı çoxdan olmurdu. Yeni övladından xəbərim olmayıb. İndi bilmirəm mən pis dostam xəbərim olmayıb, ya o pisdir ki, mənə deməyib. Səmimi danışıram, ona görə içdən əsirəm. Elə qəlbi qara da özünsən. Kərimin üzünə demişəm ki, istifadə olunma! Səndən istifadə edən insan bilir ki, istifadə olunan insansan. Aygünü öpürəm, ağıllı qadındır. Şou-biznesin quran Aygün deyil? İndi Kazımovaya Kərim lazım idi?
Natavanın dostu olmasaydı...Getməyin, sizi mənə acıq vermək üçün çağrıblar. Kişinin qızına mikrofon uzatsam, deyəcək ki, düzdü, sənin acığına çağırmışam. Yandım, üzlərinə dedim ki, eləməyin belə, yanımda qalın. Mən ağıllı qadından, Aygün Kazımovadan danışıram, onun taktikalarını bilirəm. Bir-birimizi çox yaxşı tanıyıram. Natavan kinli deyil, ağıllıdır. Xarakterim, tərəfim var. Sənin ağlın var, yaxşı günə çıxarsan, satqın olmazsan. Qorxursuz, oyun oynayırsız. Allah qəlbimi yaxşı görür. Sizə maska taxtırıb, ağıllıdır. 2014-cü ildə Aygün Kazımovanın ad günündə TV-yə açıb baxdım. Ağlayırdım, amma gülürdüm də. Ad günü edir, mənim dostlarımı yığıb maska taxtırdı, dedi "busuz”. Mən bunları görürəm”.
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı