Sumqayıtda avtomobil qəzası baz verib: iki nəfər yaralanıb

img

15-09-2010 [12:34]


Sumqayıt şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnəın yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, avtomobildə olan 2 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya aparılaraq həkim nəzarətinə veriliblər. Hadisə yerinə cəlb edilən FHN-nin xilasediciləri ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, əməliyyat saat 00:20-də başa çatıb. Araşdırma davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA