iran prezidenti Əhmədinejat Nyu-York görüzünə qatılmayacaq

img

15-09-2010 [11:47]


İran prezidenti Mahmud Əhmədinejat çox güman ki, Nyu-Yorkda dünyada nüvə tərkisilahına dair görüşə qatılmayacaq. Bu barədə BMT-nin baş katibi Ban Ki Mun ?Reuters? agentliyinə müsahibəsində deyib. BMT-yə üzv dövlətlər sentyabrın 24-də dünyada nüvə tərkisilahı mövzunu müzakirə edəcəklər. Sentyabrın 13-də Beynəlxalq Atom Enerjisi Agentliyi bəyan edib ki, Tehranın nüvə fəaliyyətini yoxlamaqda çətinlik çəkir. Qərb dövlətləri Tehranı qadağan olunmuş nüvə silahı hazırlamaqda şübhəli bilir. İran iddiaları qəbul etmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA