Azərbaycandakı islamçı demokratlar Ərdoğanı dəstəkləyir

img

14-09-2010 [02:37]


?Türkiyədə keçirilən referendum nəticəsində konistutisyada olunan dəyiklikləri islamçı demokratlar olaraq yüksək səviyəli siyasi və mənəvi qələbə kimi dəyərləndiririk?. Bunu MİA-ya açıqlamasında Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı deyib. O bildirib ki, hakim Ədalət və İnkişaf Partiyasının, xüsusilə də Racəb Tayyub Ərdoğannın bu cəsarətli addımı hakimiyyətin xalqa arxayın olduğunu və xalqın da hakimiyyətə qarşı rəğbət nümayiş etdirdiyini bir daha ortaya qoydu: ?Hesab edirəm ki, Türkiyədəki bu seçki və demokratik ruhiyə Qərbin milyardlarla vəsait hesabına indiyə kimi keçirdiyi seçki və referendumlar mifini alt-üst etdi. Xalq taleyini öz əlinə almaq ixtiyarını sərgilədi. Bu hadisə mənəviyyatın maddiyyata qələbəsini göstərmiş oldu. İslam əxlaq və mənaviyyatınnın xalqların həyatında nə qədər mühüm rol oynadığını sərgilədi. Bir çox düşmənlərin arzusunu ürəyində qoyan mühüm amillərdən biri də odur ki, bu seçim Türkiyədə hakimiyyətin xalqın qayğısına qaldığını bir daha təsdiqləmiş oldu?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA