Mottaki Klintonun bəyanatına münasibət bildirdi

img

14-09-2010 [01:53]


İran Xarici İşlər Nazirliyi ölkəsinin uranın zənginləşdirilməsi ilə bağlı danışıqlara tezliklə başlaya biləcəyini deyib. Burkina Fasoda öz həmkarı ilə birgə mətbuat konfransı keçirən İran xarici işlər naziri Manüçöhr Mottaki bildirib ki, ölkəsi nüvə yanacağı mübadiləsi məsələsini ancaq Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya və MAQATE-nin daxil olduğu Vyana qrupu ilə müzakirə edəcək. Mottaki ABŞ-ın dövlət katibi Hillari Klintonun İranın diktatorluğa çevrildiyi ilə bağlı verdiyi bəyanatını da tənqid edib. ?Biz hesab edirik ki, Amerika Birləşmiş Ştatları rəsmiləri başqalarını günahlandırmaq əvəzinə dünyada insanların həqiqətən onlar haqda düşündüklərini anlamalıdırlar. Xanım Klinton şərh verərkən alicənablığa və həqiqətə riayət etməlidir?. Ötən gün BMT-nin nüvə nəzarəti agentliyi İranın atom fəaliyyətinin sülhməramlı ola biləcəyinə təminat verə bilməyəcəyini deyib. MAQATE-nin baş direktoru Yukio Amano İran tərəfini MAQATE müfəttişlərinin bəzilərini ölkəyə buraxmadığına görə və rəsmi Tehranın atom silahı düzəltməklə bağlı araşdırma aparmağa mane olmaqda da qınayıb. Yukiyo Amanonun şərhinə cavab verən İranın MAQATE-dəki nümayəndəsi Əli Əsgər Soltani müfəttişlərin seçimi və onların qorxuduluması ilə bağlı ittihamları rədd edib. ?İranı 12 nəfərdən ibarət müfəttiş yoxlayır. Eyni zamanda İrana istədikləri zaman gələ biləcək 150 nəfər müfəttişə icazə vermişik. İndi 3 nəfər müfəttiş yenidən vəzifəyə təyin olunub və ya təyin olunma geri götürülüb. Çünki hər bir üzv dövlətin hərtərəfli təhlükəsizliyə görə vəzifə təyin etməsini geri çağırmaq hüququ var. Maraqlıdır ki, təhlükəsizlik tədbirlərinə əsasən üzv ölkə müfəttişlərin qəbul edilməməsinə görə hər hansı izahat verməmək hüquqları var. Xahiş edirəm bu sənədi oxuyun?. Qeyd edək ki, sentyabırın 6-da MAQATE İranla bağlı hesabatını təqdim edib. İran tərəfi hesabatın dəqiq olmadığını, MAQATE isə hər şeyin araşdırmalara uyğun olduğunu bildirib.11 səhfidən ibarət sənəddə xüsusi hissədə şikayətlər qeyd olunub. Hesabtda İranın müfətişlərə baxış prosesində manelər yaratdığı və bununla da İranda effetiv və keyfiyətli təhlükəsizlik işləri aparmaq imkanlarının azaldığı vurğulanıb. MAQATE İranın uranın zənginləşdirilməsi lahiyəsi ilə bağlı yeni ekspertini təyin edib. Bu təşkilatın beynəlxalq təftiş bölməsinin rəhbəri Qerman Nakertuadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA