Azərbaycan, Gürcüstan və Rumıniya arasında sənəd imzalanıb

img

14-09-2010 [12:11]


Bu gün Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya prezidentləri və Macarıstanın baş nazirinin iştirakı ilə enerji sammiti keçiriləcək. Sammitdə AGRI layihəsi üzrə (Azərbaycan-Rumıniya-Gürcüstan sıxılmış qaz layihəsi red.) müzakirə olunacaq. Sammitin yekunu olaraq birgə bəyannamənin imzalanacağı nəzərdə tutulur. Sammit ərəfəsi Azərbaycan Dövlət Neft Şirkəti, Gürcüstan Neft-qaz Korporasiyası və ?Romqaz? şirkətnin rəhbərləri sıxılmış qaz layihəsi üzrə birgə müəssisənin yaradılması ilə bağlı anlaşma memorandumu və şirkətin nizamnaməsinin layihəsini imzalayıblar. Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin verdiyi məlumata görə, Buxarestdə yerləşəcək şirkətdə təsisçilər bərabər payla təmsil olunacaq. Şirkətin baş qərargahı Buxarestdə yerləşəcək: ?Hər 3 şirkət bərabər payla təmsil olunacaq. Ola bilsin ki, sonradan buraya digər şirkətlər də qatıla bilərlər?. Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. AGRI layihəsi çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Gələcəkdə Azərbaycan qazını Avropa Birliyinə üzv ölkələrə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur. Layihə çərçivəsində Konstansa (Rumıniya) və Kulevi (Gürcüstan) limanlarında maye qaz terminalları yaradılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA