18-01-2018 [11:53]
Son illər tək Azərbaycanda yox, dünyada fəaliyyət göstərən televiziya kanallarının böyük əksəriyyəti mövzu, yaradıcılıq, yeni ideya qıtlığı yaşamaqdadır.
Bunun başlıca səbəblərindən biri sözsüz ki, dünyanın sosiallaşması, internet resurslarının həddindən artıq insan həyatına müdaxiləsidir. Buna baxmayaraq yenə hansısa axtarışlar həyata keçirilir, yeni ideyalar sınaqdan keçirilir. Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən televiziyalarda hansısa axtarışları , tapıntıları sınaqdan çıxartmaqdadır. Elə "Space” televiziyasıda bu istiqamətdə müəyyən addımlar atıb və gərəkli nəticələrə nail olub.
"Banu” dünyası
Uzun illərdir ki, "Space”də aparıcı kimi nüfuz qazanan Günel Həsənzadə haqqında, daha doğrusu onun hazırda aparıcısı olduğu "Banu” verilişi haqqında danışmağa dəyər. Özünü doğruldan və bu gün də doğrultmaqda davam edən "Banu” verilişinin cəmiyyətdə oynadığı rola diqqət ayırmaq yerinə düşərdi. "Banu” verilişi ilk veriliş oldu ki, əyalətləri, adət-ənənələri, əyalət səmimiyyətini ekranlara daşıya bildi. O zaman isə ekranlar əyalətlərdən çox uzaqda idi və demək olar ki, ortada heç bir körpü yox idi. Buna görə əksəriyyət hesab edirdi ki, "Space” TV-nin prezidenti Vaqif Mustafayevə məxsus bu layihə özünü doğrultmayacaq. Gəlin bu məqamda verilişin aparıcısı Günel Həsənzadənin dediklərinə diqqət ayıraq:”
Şirkətimizin prezidenti, Azərbaycan kinosunu dünyaya tanidan, böyük rejissor Vaqif Mustafayev burda gənclərə cox böyü imkanlar, yaradici atmosfer yaradır. Bunun üçün ona təşəkkürümüzü bildirirəm.
Hər hansi aparıcı istənilən bir verilişə dəvət olununda öncə Vaqif müəllim çağırıb deyir, "bu verilişi apara bilərsinizmi? Özünüzü bu verlişdə görürsünüzmü? Hazırlaşın görün bacaracaqsınızmı? Yəni cağırıb demirlər ki, "sən bu verlişi aparmalısan”.
Burda belədir, hazırlaş gör necədi, özünü bu ortamda neçə hiss edəcəksən… Və yaradıcı heyət qurur, yaradır, baxır. Əgər alınırsa, uğurlar!
Verilişlərim çox olub: "Münəccim”, "Günaydın”, "Özüm, sözüm, izim”, "Möcüzə”, "Hər səhər”, "Banu”. Bu verilişlərdə aparıcılıq etmişəm”.
Beləliklə aparıcınında dediyi kimi riskə gedərək verilişin hazırlanmasına başlayır. Amma deyilənlərin əksinə olaraq qısa zaman ərzində lahiyyə özünü doğrultdu. Çünki…
Cəmiyyətlə yaranan körpü
Vaqif Mustafayevin təklif etdiyi lahiyyə tamaşaçının zövqünə oxşadı. İlk olaraq bu səbəbə görə ki, tamaşaçı ekranda özünü gördü. Öz gündəlik həyatındakı məqamların saflığını, vərdişlərini, bəzən mənasını anlamadığı ənənələrin dəyərini başa düşdü. Toy qaydalarımızın keçmişini, mətbəxini, insanların bir-biri ilə saf ünsiyyətini məhz "Banu” verilişində yaşadılar. Yəqin ki, yalnız rejisor kimi tanıdığımız , amma həm də peşəkar televiziyaçı olan Vaqif Mustafayevin əsas məqsədi də bu imiş. Aparıcı Günel Həsənzadənin dediklərindən:” Bir aparıcı kimi özümə inamım çox idi. Amma bu ideyanın reallaşmasına bir az ehtiyat edirdim. Amma peşəkar rejisor olduğu kimi, peşəkar televizi mütəxəssis olan, kanalımızın prezidenti Vaqif Mustafayev hər zaman dəstəyini göstərdi və lahiyyənin uğurunu bəri başdan gördüyünü mənə deyirdi. Çox şükürlər ki, Vaqif Mustafayevin dedikləri özünü doğrultdu və bu gün "Banu” verilişi ən nüfuzlu, xalqın sevdiyi verilişə çevrilib”.
"Banu”nun missiyası
Sözsüz ki, hər bir verilişin öz missiyası olmalıdır və bu missiya nə qədər dəqiqdirsə uğurda o qədər çox olur. Anlaşılan budur ki, Vaqif Mustafayevin ideyası ilə reallaşan "Banu”nun missiyası da dəqiq olub. Bəs bu missiya nədən ibarətdir? İlk növbədə demək lazımdır ki, "Banu” o zamanlar yeganə veriliş idi ki, əyalət insanlarının yaşadığı natamamlıq kompleksini aradan qaldıra bildi. İlk zamanlar verilişdə çəkilən insanlarda bir utancaqlıq, yaşatdıqları vərdişləri, ənənələri tamaşaçıya çatdırmaqda çəkingənliklər yarandı. Amma "Banu”, Günel Həsənzadə bu natamamlıq kompleksini aradan qaldıra bildi. Bu gün əyalət insanı artıq öz ənənələrini tamaşaçıya çatdırmaqdan zövq alır və özünü xalqın ən aktiv təbəqəsi hesab edir. Deməli "Banu” marifləndiricilik missiyasını uğurla həyata keçirə bilib. Aparıcı Günel Həsənzadənin dediklərindən:”İlk vaxtlar insanlar kameradan çəkinir və hər çəkilişdən sonra mən Vaqif Mustafayevə yaşadığımız bu gərginlikləri danışırdım. Vaqif Mustafayev isə gülərək tək bir söz deyirdi:”İnsanlarda inam yarat, özlərini olduqları kimi tanısınlar”. Düzdür bu çox çətin oldu. Amma oldu. Bu gün insanların özləri bizə müraciət edir və cəmiyyət üçün gərəkliliklərini ortaya qoya bilirlər. Mən onda gördüm ki, aparıcısı olduğum "Banu” verilişi məqsədinə nail olub.”Banu” verilişinin ikinci ciddi uğuru əyalət institutu ilə şəhər institutunun vəhdətini yarada bildi. Zaman-zaman bir-birindən qopan əyalət və şəhər psixologiyasındakı doğmalıqlar ortaya çıxmağa başladı. Çox maraqlıdır ki, son illər Bakının özündə belə toy mərasimləri kənd toylarına bənzədilir, el arasında "Polatka” toyu deyə səsləndirilən toy ənənələri Bakıda da tətbiq olunur. Bu isə əyalət və şəhər psixologiyası arasında uğurlu körpünün yaradılmasıdır. Görünən budur ki, Vaqif Mustafayev bu ideyası ilə cəmiyyətə özünü tanıtdı və bu proses davam edir.
”Banu” orijinal layihə
Bu günlərdə isə verilişdə maraqlı məqam ortaya çıxdı. Belə ki, verlişin adının arxasına "orijinal” sözü yazıldı. Sözsüz ki, bu tamaşaçıda maraq yaratdı. Nədən belə bir təqdimat? Aparıcı Günel Həsənzadənin dediklərindən:” Biz bu verilişə başlayanda heç bir kanal belə bir lahiyyə həyata keçirtmirdi və bəzən qulağıma çatırdı ki, bizim uğur qazanmağımıza inam yoxdur. Amma illər keçdi və bu gün televiziyaların əksəriyyətində "Banu”nun diblikatları peyda olub. Bu maraqlı haldır ki, bizdən kimlərsə nəsə öyrənir. Amma unutmayaq ki, "Banu” tele məkanın birincisi olub və bu gündə birincisidir. Buna görə "orijinal” sözünü əlavə etdik ki, illər boyu bizə mənəvi dəstək verən tamaşaçılarımız da bilsin ki, onlar hansısa təkrarçılığın tamaşaçısı olmayıblar. Biz sevinirik ki, bu gün "Banu” meydandadır və yenə təkdir. Mən buna görə görkəmli rejisorumuz, televiziyamızın prezidenti olan, ciddi tele mütəxəssis vaqif Mustafayevə, televiziyamızın kollektivinə və tamaşaçılarımıza təşəkkür edirəm”.
Bax beləcə tamaşaçının sevimli "Banu”su yoluna davam edir.
10may.az
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Bu gün magistraturalarına qəbul imtahanı keçiriləcək
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib