NATO PA-nın payız sessiyası Varzavada keçiriləcək

img

13-09-2010 [04:54]


Noyabr ayında Polşanın paytaxtı Varşava şəhərində NATO Parlament Assambleyasının payız sessiyası keçiriləcək. Bu haqda NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı məlumat verib. M.İbrahimqızı bildirib ki, sessiyanın gündəliyi təsdiqlənməsə də, ötən sessiyanın qərarlarına əsasən müəyyən məsələlərin müzakirə ediləcəyi məlumdur. Buraya dünyadakı münaqişəli bölgələrdə vəziyyətin müzakirəsi də daxildir. Nümayəndə heyətinin üzvü qeyd edib ki, qurumun payız sessiyasında Dağlıq Qarabağ probleminin də müzakirə olunacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA