Türkiyədə Konstitusiyanın bəzi maddələrinə dəyizikliklərlə bağlı keçirilən referendumunda; "evet"

img

13-09-2010 [12:50]


Ötən gün Türkiyədə Konstitusiyanın bəzi maddələrinə dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri açıqlanıb. Türkiyə KİV-lərinin məlumatına görə, artıq referendum üçün verilən səslərin 99.95 faizi sayılıb və nəzərdə tutlan dəyişikliyə dəstək verənlər qalib gəlib. Belə ki, seçicilərin 58 faizi (21.828.515 nəfər) konstitusiya dəyişikliyinin lehinə səs verib. AKP-nin (Hakim Ədalət və İnkişaf partiyası) İstanbul şöbəsində çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan nəticələri demokratiyanın qələbəsi kimi qiymətləndirib. ?Bu gün keçirilən referendumdan əldə olunan nəticə xalqımızın demokratiyaya qarşı hiss etdiyi həsrətin ifadəsidir. Ramazan bayramını qeyd edən xalqımız demokratiya bayramını da alnı açıq qarşıladı. Hərbi dövlət çevrilişi düşüncəsinə sahib olan insanlar bu gün məğlub oldu!? Bu nəticələrin millət üçün faydalı olmasını Allahdan təmənna edən baş nazir referendumda iştirak edərək kostitusiya dəyişikliyinə səs verənlərə öz təşəkkürünü bildirib. Məlumata görə, referendumda ölkə əhalisinin sadəcə 77-78 faizi iştirak edib. Daha əvvəl keçirilən referendumda isə bu rəqəm 67 faiz olub. Qeyd edək ki, referendum yolu ilə edilməsi nəzərdə tutulan Konstitusiya dəyşiklikləri Türkiyədə ordunun səlahiyyətlərini məhdudlaşdırılmasını nəzərdə tutur. Hakim Ədalət və İnkişaf Partiyası referendumda Konstitusiyaya 26 dəyişiklik təklif edir. Müxalifət bu dəyişikliklər içərisində 16 maddə ilə razılaşır. Əsas narazılıq təklif olunan üç maddə ilə bağlıdır. Bunlardan biri Hakimlik və Prokurorluq Ali Şurasının tərkibinin dəyişdirilməsinə aiddir. Ədliyyə Nazirliyi ilə paralel iş aparan bu qurum ölkədəki hakim və prokurorları təyin edir və məhkəmələrin işinə nəzarət edir. Yeni təklifə əsasən Şuranın üzvlərinin sayı yeddidən 11-ə qədər artırılır və hamının səsvermə hüququ olur. Onlardan dördü isə prezident tərəfindən təyin olunacaq. Mütəxəssislər tam müstəqil olan qurumun hökumətlə hesablaşmadığından Ərdoğan hakimiyyətinin belə bir dəyişikliyə əl atdığını düşünürlər. Bununla da məhkəmə qərarlarına nəzarət ələ alınacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA